Hollivud ulduzu Leonardo DiKaprio, son dövrlərdəki arıqlaması ilə gündəmə gəlib. O, supermodel Vittoria Ceretti ilə birlikdə İbizada görüntülənib. Aktyorun fotoları Daily Mail saytında dərc olunub.
DiKaprio paparassilərin obyektivinə Casa Jondal adlı dənizkənarı restorandan çıxarkən düşüb. Aktyor ağ köynək, qara huddi, cins şalvar, beysbol papağı və gün eynəyində olub. Jurnalistlər və oxucular onun əvvəlkindən xeyli arıq olduğunu qeyd ediblər.
Bu dəyişiklik fonunda sosial şəbəkə istifadəçiləri onun “Ozempic” adlı dərmandan istifadə etmiş ola biləcəyini irəli sürüblər. Qeyd edək ki, bu dərman şəkərli diabetin 2-ci tipinin müalicəsi üçün təyin olunur, lakin son illərdə çəki atmaq üçün də məşhurlar arasında geniş yayılıb.
İnternet istifadəçilərinin şərhləri belə olub:
- “Necə arıqlayıb? Ozempic kişilərə də uyğun gəlir!”
- “Görünür, bütün Hollivud kimi o da Ozempic istifadə edir”
- “Ozempic həqiqətən möcüzə yaradır”
Qeyd edək ki, Leonardo DiKaprio daha öncə də şəxsi həyatındakı dəyişikliklər və sağlam həyat tərzi ilə medianın diqqətini cəlb etmişdi.





