98 yaşlı amerikalı Polin, ABŞ-da keçirilən oyun öncəsi dünya ulduzu Lionel Messi-yə “təklif” edib.
“Messi, mənimlə evlənərsən?” – bu sözlər onun plakatında yazılmışdı.
Həmkarları autoqraf almağı xəyal edərkən, təqaüdçü qadın riski aldı və futbolçunun qarşısına bu plakatı qoydu. Argentina hücumçusu isə təəccüblənmədən barmağını yuxarı qaldıraraq təsdiq işarəsi verdi. Qeyd edək ki, Polinin sosial şəbəkələrdə təxminən 9 milyon izləyicisi var və o, bu platformalar vasitəsilə yaxşı gəlir əldə edir.
İnter Mayami isə əvvəlcə Braziliyanın Palmeiras komandası ilə 2:2 bərabərə qalaraq, Klub Dünya Çempionatının play-off mərhələsinə vəsiqə qazandı.





