EvCəmiyyətAzərbaycanda dörd günlük tətilə start verildi

Azərbaycanda dörd günlük tətilə start verildi

Bu gündən etibarən ölkədə dörd günlük istirahət dövrü başlayıb. Daylinews-az.com xəbər verir ki, bu barədə qərar Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə verilib.

Nazirlər Kabinetinin qərarına əsasən:

  • 26 iyun – Silahlı Qüvvələr Günü iş günü hesab edilmir.
  • 27 iyun isə əvvəlcədən qeyri-iş günü elan edilib və 21 iyun şənbə günü ilə yerləri dəyişdirilib, həmin tarixdə iş günü olub.
  • 28 və 29 iyun isə müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf edir.

Nəticədə, vətəndaşlar 26-29 iyun tarixlərini əhatə edən dörd günlük fasiləsiz istirahət hüququ qazanıblar.

Bu gün həmçinin Azərbaycanda Məhərrəm ayı başlayıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər