Dünya futbolunun canlı əfsanəsi Lionel Messi ilin sonunda karyerasında növbəti dönüş edə bilər. Argentinalı jurnalist Flavio Azzaronun məlumatına görə, 8 qat “Qızıl top” sahibi dekabr ayında ABŞ-ın “İnter Mayami” klubunu tərk edərək, “Newell’s Old Boys” komandasına keçmək qərarına gəlib.
Messinin arzusu gerçəyə çevrilə bilər
Futbolçu özü dəfələrlə bildirib ki, karyerasını vətənində, ilk klubu olan “Newell’s”da başa vurmaq istəyir. Messi peşəkar futbol yoluna da məhz bu klubda başlamışdı.
Xatırladaq ki, “Newell’s Old Boys” 2025-ci ilin əvvəlində məşhur qapıçı Keylor Navası heyətinə qatıb. Əgər Messi də bu kluba qoşularsa, argentinalı azarkeşlər üçün bu, tarixi qayıdış olacaq.
“İnter Mayami”də göstəriciləri
Lionel Messi 2023-cü ilin yayında “İnter Mayami”yə transfer olunub. Hazırkı MLS mövsümündə o, 13 matçda 10 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





