Məşhur rusiyalı şoumen Maksim Qalkin həyat yoldaşı, SSRİ xalq artisti Alla Puqaçevanın doğum günü münasibətilə onların nadir fotolarını paylaşaraq sosial şəbəkə izləyicilərini heyrətləndirib.
Şoumenin Instagram hesabında yayımladığı görüntülərdə cütlük lüks yaxtada, qara geyimlərdə kameraya gülümsəyərək poz verir. Fotoların müşayiətində Qalkin yazıb: “Ad günün mübarək, əzizim!”
15 aprel tarixində Alla Puqaçevanın 76 yaşı tamam olub. Bu münasibətlə Qalkin həyat yoldaşına ictimai şəkildə sevgi və ehtiramını ifadə etməklə yanaşı, onların şəxsi həyatından nadir kadrları da ictimaiyyətə təqdim edib.
Post tez bir zamanda geniş rezonans doğurub. Onlarla istifadəçi şərhlərində təkcə Puqaçevaya təbriklər ünvanlamayıb, eyni zamanda onun 76 yaşda gənc və təravətli görünüşünə heyranlıqlarını da bildiriblər. Bir çox şərhçi onun yaşını heç cür təxmin edə bilmədiklərini qeyd edib.





