Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinə yeni üzvlərin təyin olunması gözlənilir.
Daylinews-az xəbər verir ki, bu məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib. Müzakirə “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” qərarın qəbulunu nəzərdə tutur.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin edilən yeddi nəfərdən ibarətdir və əsas funksiyası ölkənin pul siyasətini həyata keçirmək və maliyyə sabitliyini təmin etməkdir.