Tesla-nın rəhbəri İlon Mask, ABŞ prezidenti Donald Trampın dəstəklədiyi Stargate layihəsi ilə bağlı OpenAI-nin baş direktoru Səm Altman ilə ictimai münaqişəyə daxil olub.
Stargate layihəsi çərçivəsində yeni qurum artıq məlumat emalı mərkəzləri inşa etməyə və süni intellekt (Sİ) texnologiyalarının inkişafı üçün zəruri olan enerjini istehsal etməyə başlayır.
“Bu, ölkə üçün əladır. Mən başa düşürəm ki, ölkə üçün yaxşı olan şey həmişə sizin şirkətləriniz üçün optimal olmur, amma ümid edirəm ki, [Amerikanı] birinci yerə qoyacaqsınız,” – deyə Altman bildirib.
Agentliyin məlumatına görə, Stargate ilə bağlı ictimai münaqişə, Mask ilə Altman arasında illərdir davam edən mübahisənin bir hissəsidir. Münaqişə OpenAI-nin direktorlar şurasında rəqabətlə başlayıb. Mask şirkəti onun ilkin məqsədlərinə – qeyri-kommersiya tədqiqat laboratoriyası kimi fəaliyyət göstərmək prinsipinə xəyanət etməkdə ittiham edərək məhkəməyə verib.





