EvCəmiyyətAzərbaycanda Korrupsiya Faktlarını Bildirən Vətəndaşların Müdafiəsi Gücləndiriləcək

Azərbaycanda Korrupsiya Faktlarını Bildirən Vətəndaşların Müdafiəsi Gücləndiriləcək

Korrupsiya hüquqpozmaları haqqında məlumat verən şəxslərə və onların yaxın qohumlarına qarşı hədə-qorxu gəlmək, təzyiq göstərmək, maddi və mənəvi ziyan vurmaq, təhqir etmək, şərəf və ləyaqəti alçaltmaq qadağan ediləcək.

Daylinews.az xəbər verir ki, bu müddəa Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə Mübarizə Haqqında” qanuna dəyişiklik layihəsində əks olunub.

Dəyişikliyə əsasən, korrupsiya hüquqpozmaları haqqında məlumat verən işçiyə qarşı cəza tətbiqi, əmək müqaviləsinin ləğvi, işdən azad olunma, başqa işə keçirmə, qanunsuz maaş tutulması, karyera inkişafına və ya mükafatlandırmaya mane olmaq, mənfi xarakteristika vermək və digər oxşar hərəkətlər vasitəsilə birbaşa və ya dolaylı şəkildə intiqam alma tədbirləri qadağan ediləcək.

Korrupsiya hüquqpozmaları haqqında məlumat verən şəxs ona qarşı intiqam tədbirlərinin tətbiq edildiyinə dair sübutlar təqdim edərsə, işəgötürən bu sübutları təkzib etməyə borclu olacaq.

Həmçinin, müvafiq qurum rəhbəri bu tələblərin yerinə yetirilməsini təmin etməli olacaq. Bu maddənin müddəalarının pozulması məsuliyyət doğuracaq.

Qanunsuz hərəkətlərə məruz qaldığını iddia edən şəxs hüquqlarının bərpası üçün yuxarı orqana və ya məhkəməyə müraciət edə biləcək.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasında baxılması üçün tövsiyə edilib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər