Bu gün Bakıda mini-futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinə start verilir. Daylinews-az.com xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.
Azərbaycan yığması günün ən maraqla gözlənilən oyunlarından birində hazırkı dünya çempionu Rumıniya ilə üz-üzə gələcək. Bu qarşılaşma komandamız üçün həm titullu rəqibə qarşı sınanmaq, həm də növbəti mərhələyə yüksəlmək baxımından həlledici olacaq.
Bu günün oyunları (27 may, 1/8 final)
- 17:30 – İngiltərə – Bolqarıstan
- 19:00 – Portuqaliya – Macarıstan
- 20:30 – Azərbaycan – Rumıniya
- 22:00 – Fransa – Mavritaniya
Qeyd edək ki, mini-futbol üzrə dünya çempionatı 1 iyun tarixində başa çatacaq.





