Xüsusi qruplara aid şəxslərin müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində ödənişsiz iştirakı üçün 1 milyon manatdan artıq vəsait ayrılıb.
Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin 10 sentyabr iclasında Sosial qanunvericilik şöbəsinin rəhbəri Adil Vəliyev bildirib.
O, imtahan haqqının münasib məbləğdə, təqribən 45-60 manat arasında olacağını qeyd edib. 2025-ci ilin iyul ayında keçirilən test imtahanlarında 325 namizədin iştirak etdiyi və prosesin ödənişli keçirilməsi istiqamətində müzakirələrin davam etdiyi vurğulanıb.
Şöbə rəhbəri əlavə edib ki, MİQ imtahanlarına 2023-cü ildə 1 milyon 290 min 567 manat, 2024-cü ildə isə 232 665 manat xərclənib: “2021-ci ildə ərizəsi təsdiq edilmiş və müsabiqədə iştirakı nəzərdə tutulmuş 59 171 nəfərdən 46 930 nəfər, 2022-ci ildə 54 804 nəfərdən 44 363 nəfər, 2023-cü ildə 58 000 nəfərdən 47 571 nəfər, 2024-cü ildə isə 61 669 nəfərdən 50 264 nəfər test imtahanı mərhələsində iştirak edib”.
A.Vəliyev bildirib ki, 2015-2024-cü illərdə təxminən 45 min müəllim müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunub: “2021-ci ildə ərizəsi təsdiq edilmiş və müsabiqədə iştirakı nəzərdə tutulmuş 59 171 nəfərdən 46 930 nəfər, 2022-ci ildə 54 804 nəfərdən 44 363 nəfər, 2023-cü ildə 58 000 nəfərdən 47 571 nəfər, 2024-cü ildə isə 61 669 nəfərdən 50 264 nəfər test imtahanı mərhələsində iştirak edib. Yalnız ötən il 18,5 faiz namizəd imtahana gəlməyib. Bu isə imtahan xərclərinin ödənilməsi üçün izafi xərclərə səbəb olub”.





