Hollywood ulduzu Natali Portman yalnız aktyorluq bacarığı ilə deyil, incə bədəni, gənc görünüşü və sağlam həyat tərzi ilə də tanınır. Aktrisanın bu formadakı qalmasının sirrlərindən biri uşaqlıqdan bəri yediyi sadə və ləzzətli bir salatdır. Daylinews-az.com bu barədə Eating Well saytına istinadla xəbər verir.
Aktrisanın sevimli salatı nədən ibarətdir?
44 yaşlı Portman veqan qidalanmanın sadiq tərəfdarıdır. O, anasının yeniyetməlik illərində tez-tez hazırladığı və indi də sevdiyi salat reseptini bölüşüb: “Biz bu salatı səhər, günorta və axşam yeyirdik. Anam onu daim hazırlayırdı”, – deyə aktrisa xatırlayır.
Bu təzə və ətirli salat cəmi bir neçə inqredientdən ibarətdir:
- xiyar
- pomidor
- limon şirəsi
- zeytun yağı
- duz
Bu salatın sağlamlığa faydaları
Bu sadə salat həm dadlı, həm də faydalıdır:
- Pomidor ürək-damar sağlamlığını qoruyur, dərini yaxşılaşdırır və həzmə kömək edir;
- Xiyar bədəni nəmləndirir, az kalorilidir və xərçəng, diabet kimi xəstəliklərdən qoruyur;
- Zeytun yağı iltihab əleyhinə və cavanlaşdırıcı təsirə malikdir;
- Limon isə C vitamini və antioksidantlarla zəngindir – bu da onun dərini gənc saxlamağa kömək etdiyini göstərir.
Portman nələri yemir?
Natali Portman uzun illərdir tamamilə vəqan qidalanır. O, aşağıdakı məhsullardan qəti şəkildə uzaq durur:
- Ət məhsulları – (mal, toyuq, balıq daxil olmaqla)
- Süd və süd məhsulları – (pendir, qatıq, kərə yağı və s.)
- Yumurta
- Bal
- Jelatin tərkibli məhsullar – çünki jelatin heyvan mənşəlidir
Bu seçimin səbəbləri:
- Etik baxışlar – heyvanların hüquqlarının müdafiəsi
- Ekoloji məsuliyyət – vəqanlıq ətraf mühitə az zərər vurur
- Sağlamlıq – Portman, bu qidalanmanın özünü daha sağlam hiss etməsinə kömək etdiyini bildirir





