EvHadisəÖtən həftə 940 yanğına müdaxilə edilib, 71 nəfər xilas olunub

Ötən həftə 940 yanğına müdaxilə edilib, 71 nəfər xilas olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) əhalinin təhlükəsizliyinin təmin olunması və fövqəladə hadisələrin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirir.

Daylinews-az.com-un FHN-ə istinadla verdiyi məlumata əsasən, ötən həftə ərzində Nazirliyin “112” qaynar xəttinə daxil olan zənglər əsasında həyata keçirilən əməliyyatlar nəticəsində:

  • 940 yanğına çıxış,
  • 67 nəfərin köməksiz vəziyyətdə qalması,
  • 3 yol-nəqliyyat hadisəsi üzrə qəza-xilasetmə tədbirləri həyata keçirilib.

FHN-in operativ müdaxiləsi nəticəsində yanğınlar vaxtında söndürülüb, insanların həyatının qorunması təmin olunub.

Həftə ərzində ümumilikdə:

  • 71 nəfər, o cümlədən 16 azyaşlı xilas edilib
  • 22 nəfər (7-si azyaşlı olmaqla) təxliyə olunub
  • 11 nəfər tüstüdən zəhərlənib
  • 12 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib
  • 16 nəfər dənizdə batma təhlükəsindən xilas olunub

Fövqəladə Hallar Nazirliyi əhaliyə təhlükəsizlik qaydalarına riayət etməyi və zərurət yarandıqda “112” qaynar xətti ilə əlaqə saxlamağı tövsiyə edir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər