Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının yaranmasından indiyə qədər bütün mövsümlərin çempionlarını əks etdirən siyahını yayımlayıb.
Daylinews-az.com xəbər verir ki, son 33 ildə ən çox çempion olan klub “Qarabağ”dır. Siyahıda 1992-ci ildən 2024/25 mövsümünə qədər qalib olmuş komandalar göstərilib.
İllər üzrə çempionlar (mötərizədə çempionluqların sayı):
- 1992: “Neftçi”
- 1993: “Qarabağ”
- 1993/94: “Turan Tovuz”
- 1994/95: “Kəpəz”
- 1995/96 – 1996/97: “Neftçi” (2-3)
- 1997/98 – 1998/99: “Kəpəz” (2-3)
- 1999/2000 – 2000/01: “Şəmkir” (2)
- 2003/04 – 2004/05: “Neftçi” (4-5)
- 2005/06: “Bakı”
- 2006/07: “Xəzər Lənkəran”
- 2007/08: “İnter”
- 2008/09: “Bakı” (2)
- 2009/10: “İnter” (2)
- 2010/11 – 2012/13: “Neftçi” (6-8)
- 2013/14 – 2019/20: “Qarabağ” (2-8)
- 2020/21: “Neftçi” (9)
- 2021/22 – 2024/25: “Qarabağ” (9-12)





