EvİdmanPremyer Liqa: "Qarabağ" mövsümün ilk qələbəsini qazandı

Premyer Liqa: “Qarabağ” mövsümün ilk qələbəsini qazandı

Misli Premyer Liqasının III turunda “Qarabağ” “Karvan-Yevlax” üzərində qələbə qazanıb. Şamaxı şəhər stadionunda keçirilən matçda Azərbaycan çempionu 2:0 hesabı ilə üstün olub.

Hesabı 11-ci dəqiqədə Elvin Yunuszadə öz qapısına top göndərməklə açıb. 72-ci dəqiqədə Emmanuel Addai yekun nəticəni müəyyənləşdirib. Ağdam klubu mövsümdə ilk qalibiyyətini qazanaraq 3 xala sahib olub. Yevlax komandası isə 4 xalda qalıb.

Qeyd edək ki, III turun digər oyunlarında “Turan Tovuz” “Neftçi”ni 1:0, “Zirə” “Kəpəz”i 5:0, “Araz-Naxçıvan” isə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. “Sumqayıt” – “Şamaxı” görüşü 1:1 hesabı ilə başa çatıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər