Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirin Şarm əl-Şeyx şəhərinə işgüzar səfər edib. Dövlət başçısı sammitin keçirildiyi Beynəlxalq Konqres Mərkəzinə gəlib və burada Misir lideri Əbdülfəttah əs-Sisi tərəfindən qarşılanıb.
Sammitdə regionda sülhün təmin olunması və əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılır.





