DÇ-2026-nın seçmə mərhələsinin dördüncü turunda Azərbaycan millisi Krakovda Ukrayna yığmasının qonağı oldu. Qırğın və gərgin anlarla yadda qalan qarşılaşmada Ayxan Abbasovun yetirmələri rəqibə minimal fərqlə – 1:2 uduzdular.
Oyunda hesabı 30-cu dəqiqədə Qutsulyak açsa da, ilk yarının son saniyələrində Nəriman Axundzadə millimiz üçün tarixi qol vurdu və komandalar fasiləyə bərabərliklə yollandı. Lakin ikinci hissədə Malinovski Ukrayna millisini irəli çıxardı və nəticədə Azərbaycan üçün buraxılan iki qola, yalnız bir cavab gəldi.
Azərbaycanın heyətində baş məşqçi Ayxan Abbasov startda bu futbolçulara güvəndi: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Bəhlul Mustafazadə, Elvin Bədəlov, Ayxan Hüseynov, Anatoli Nuriyev, Emin Mahmudov, Abdulah Xaybulayev, Toral Bayramov və Nəriman Axundzadə. Ukraynanın baş məşqçisi Sergey Rebrov isə Trubin, Zabarnıy, Matvienko, Konoplya, Mikolenko, Qutsulyak, Malinovski, Yarmolyuk, Oçeredko, Voloşin və Dovbiki meydana buraxdı.
Qrupun digər oyununda isə Fransa və İslandiya arasında qapışma 2:2 hesabı ilə başa çatdı. Hazırda Fransa 10 xalla liderdir, Ukrayna 7 xalla ikinci pillədə qərarlaşıb, İslandiyanın 4, Azərbaycanın isə cəmi 1 xalı var.





