Azərbaycan futbolunun flaqmanı “Qarabağ” XXI əsrdə ölkə çempionatlarının tarixinə düşən yeni bir rekord müəyyənləşdirdi. Daylinews-Az xəbər verir ki, Ağdam klubu bu uğuru Misli Premyer Liqasının XXII turunda “Səbail” üzərində 5:0 hesablı qələbə qazanmaqla əldə edib.
Oyunun ilk 75 dəqiqəsi qolsuz keçsə də, “Qarabağ” son 15 dəqiqədə ardıcıl 5 qol vuraraq tarixə düşdü. Komandanın ilk qolu 76-cı dəqiqədə gəlsə də, final fitinə qədər hesab 5:0-a çatdı. Bununla da Qurban Qurbanovun komandası Azərbaycan çempionatları tarixində ən gec qolla başlayan və 5+ qol vuran ilk komanda oldu.
Bundan əvvəl rekord “Qəbələ”yə məxsus idi. 2021/22 mövsümündə “qırmızı-qaralar” “Səbail”lə oyunda 65-ci dəqiqədə hesabı açaraq ardınca 5 qol vurmuşdu.





