Evİdman“Qarabağ” Çempionlar Liqasına “Shelbourne” ilə start verəcək

“Qarabağ” Çempionlar Liqasına “Shelbourne” ilə start verəcək

Azərbaycanın aparıcı klublarından olan “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibini öyrənib.

Daylinews-az.com xəbər verir ki, ağdamlıların rəqibi İrlandiyanın “Shelbourne” klubu olacaq. Bu komanda əvvəlki mərhələdə Şimali İrlandiyanın “Linfield” kollektivini mübarizədən kənarlaşdırıb. İlk görüşdə 1:0 hesablı qələbə qazanan “Shelbourne”, cavab matçında 1:1 bərabərliklə turu keçib.

“Qarabağ” bu mərhələdə ilk oyununu 23 iyulda səfərdə keçirəcək — görüş 22:45-də start götürəcək. Cavab qarşılaşması isə 30 iyulda Bakıda, 20:00-da baş tutacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər