Evİdman“Qarabağ” Çempionlar Liqasının V turunda “Napoli”yə səfərdə uduzub

“Qarabağ” Çempionlar Liqasının V turunda “Napoli”yə səfərdə uduzub

Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində V tur çərçivəsində İtaliya təmsilçisi “Napoli” ilə qarşılaşıb. Matç Neapolun “Stadio Diego Armando Maradona” stadionunda keçirilib və meydan sahibləri 2:0 hesabıyla qələbə qazanıblar.

Oyunun 66-cı dəqiqəsində Skott Maktominey qolu ilə hesabı açıb. 72-ci dəqiqədə isə Ağdam klubunun futbolçusu Marko Yankoviç öz qapısına qol vurmaqla hesabı daha da artırıb. Bu nəticə ilə “Qarabağ” Çempionlar Liqasının cari mövsümündə ikinci dəfə məğlubiyyət alıb.

Qurban Qurbanovun çalışdırdığı Azərbaycan təmsilçisi növbəti VI tur oyununu dekabrın 10-da evdə Niderlandın “Ayaks” komandası ilə keçirəcək.

Digər Çempionlar Liqası matçlarında nəticələr belə olub:

  • “Ayaks” (Niderland) – “Benfika” (Portuqaliya) 0:2
  • “Qalatasaray” (Türkiyə) – “Yunion” (Belçika) 0:1
  • “Mançester Siti” (İngiltərə) – “Bayer Leverkuzen” (Almaniya) 0:2
  • “Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) 3:0
  • “Borussiya Dortmund” (Almaniya) – “Vilyarreal” (İspaniya) 4:0
  • “Budyo-Qlimt” (Norveç) – “Yuventus” (İtaliya) 2:3
  • “Olimpik Marsel” (Fransa) – “Nyukasl” (İngiltərə) 2:1
  • “Slaviya” (Çexiya) – “Atletik Bilbao” (İspaniya) 0:0
Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər