11 C
Baku
Çərşənbə, Dekabr 4, 2024
EvİqtisadiyyatQızılın Bahalaşması Davam Edəcəkmi? – Əsas Proqnozlar

Qızılın Bahalaşması Davam Edəcəkmi? – Əsas Proqnozlar

Son dövrlərdə qızılın qiyməti yenidən yüksəlməyə başlayıb. Nyu-Yorkun COMEX əmtəə birjasında keçirilən son əməliyyatlar zamanı qızılın bir troya unsiyasının qiyməti 0,23% artaraq 2683,2 ABŞ dollarına çatıb.

Bir illik təhlillərə əsasən, qızılın qiymətində ciddi artım müşahidə olunur. Əgər bir il əvvəl bir troya unsiyası 1840 dollara satılırdısa, bu gün bu rəqəm 2665 dollara yüksəlib. Bu müddət ərzində qızılın bir qramının qiyməti də əhəmiyyətli şəkildə artaraq 59 dollardan 86 dollara çatıb.

Azərbaycanda da qızılın bahalaşması nəzərə çarpır. Məsələn, bir il əvvəl 5 qramlıq 750 əyar qızıl üzüyün qiyməti 550 manat təşkil edirdisə, hazırda bu qiymət 660 manatı keçib.

Bu artımın əsas səbəbi ABŞ-da uçot dərəcəsinin azaldılması ilə bağlı gözləntilərdir. Bir neçə gün əvvəl ABŞ-ın mərkəzi bankı faiz dərəcələrini 50 bənd aşağı salıb və bu prosesin davam edəcəyi gözlənilir. Bununla yanaşı, ABŞ-ın mərkəzi bankının pul-kredit siyasətini yumşaltmaq planları da investorları qızıl almağa təşviq edir. Dolların ucuzlaşması və qiymətli kağızların gəlirliliyinin azalması fonunda qızılın dəyəri daha da artır.

Mütəxəssislərin proqnozlarına görə, yaxın aylarda bir troya unsiyasının qiyməti 3000 dollardan da yüksək ola bilər. Bu isə qızılın bir qramının 100 dollara qədər bahalaşmasına səbəb ola bilər.

İqtisadçı ekspert Fuad İbrahimov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, bir çox ölkələr son dövrlərdə valyuta ehtiyatlarını qızıl ehtiyatlarına çevirməklə məşğuldur. Buna səbəb isə dolların və digər valyutaların sabitliyinin zəifləməsidir.

“Rusiyanı, Çini, Hindistanı və Türkiyəni buna misal gətirmək olar. Bu ölkələr son 4-5 ildə valyuta ehtiyatlarının böyük hissəsini qızıl ehtiyatlarına çevirmişlər. Əlavə olaraq, Ukrayna-Rusiya müharibəsi də qızıla olan tələbatı artıran əsas səbəblərdən biridir. Müharibə nəticəsində Rusiyanın milyardlarla dollarlıq ehtiyatları Qərb tərəfindən donduruldu və bu, digər ölkələri də qızıl ehtiyatlarına yönəltməyə məcbur etdi. Yaxın zamanlarda qızılın bahalaşması qaçılmaz görünür.”

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər