EvDinQurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı

Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı

Azərbaycanda bu il, o cümlədən Naxçıvan Muxtar Respublikasında Qurban bayramı münasibətilə qurbanlıq heyvanların satışı və kəsimi üçün 135 ünvanda xidmət təşkil olunacaq. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, həmin ünvanlardan:

  • 77-si həm satış, həm də kəsim xidmətlərini,
  • 30-u yalnız heyvan satışını,
  • 28-i isə yalnız kəsim xidmətini həyata keçirəcək.

Qurbanlıq heyvanlar baytarlıq nəzarətindən keçiriləcək, kəsimlər isə sanitariya-gigiyena tələblərinə uyğun şəraitdə aparılacaq.

AQTA-nın razılığı ilə bəzi bölgələrdə səyyar çadırlar da qurulacaq. Bu məntəqələrdə də baytarlıq nəzarəti altında heyvanların satışı və kəsimi təmin ediləcək.

Bayram günlərində iri ticarət şəbəkələri tərəfindən müvafiq infrastruktur əsasında sifarişlərlə qurban ətinin çatdırılması da nəzərdə tutulub. Bu barədə ətraflı məlumat sözügedən ticarət şəbəkələri tərəfindən təqdim olunacaq.

Qurbanlıq heyvanların satışı, alışı və kəsimi üzrə xidmətlər 6, 7 və 8 iyun tarixlərində saat 08:00-dan 20:00-dək davam edəcək. Müvafiq satış və kəsim ünvanlarının siyahısı ilə rəsmi keçid vasitəsilə tanış olmaq mümkündür.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər