EvDünya“Miss World 2025” tacı Tayland təmsilçisinə qismət oldu

“Miss World 2025” tacı Tayland təmsilçisinə qismət oldu

Taylandlı 21 yaşlı Opal Suçata Çuangsri beynəlxalq “Miss World 2025” gözəllik müsabiqəsinin qalibi elan edilib. Final Hindistanın Haydarabad şəhərində baş tutub.

Müsabiqənin tarixində ilk dəfə olaraq Tayland nümayəndəsi birinci yerə layiq görülüb. Yarışmanın rəsmi bəyanatında qeyd olunub: “Bu gecə, bu komanda unudulmazdır! Tayland tarixində ilk dəfə ‘Miss World’ titulunu qazanan yeni tac sahibi — Opal Suçata oldu.”

Opal Suçata Çuangsri Tammassat Universitetində beynəlxalq münasibətlər üzrə təhsil alıb, Pxuketdə otel biznesinə rəhbərlik edir və eyni zamanda xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. O, evsiz heyvanlara yardım göstərir və döş xərçəngi ilə mübarizə aparan qadınlara dəstək olan “Opal For Her” təşkilatını idarə edir.

“Miss World 2025” tacı Tayland təmsilçisinə qismət oldu

Onun həyat tərzi də az diqqət çəkmir — Opal ukulelə çalmağı sevir və evində 16 pişik, 5 it saxlayır. Boyunun 180 sm olması onu Tayland modelləri arasında seçilən simalardan birinə çevirir.

Qalib olmamışdan əvvəl o, “Miss Rattanakosin” və “Miss Universe Thailand” yarışmalarında iştirak etmiş, 2024-cü ildə isə “Miss Universe”də finala qədər yüksəlmişdi.

Təntənəli çıxışı zamanı Opal bildirib: “Bu an təkcə mənim şəxsi qələbəm deyil, bütün gənc qadınların görünmək, eşidilmək və dünyanı dəyişmək arzularının təcəssümüdür. Mən bu dünyanı daha yaxşı etmək istəyirəm.”

Finalda digər mükafatlara aşağıdakı namizədlər layiq görülüb:

  • 1-ci vitse-miss – Hasset Dəredje Admassu (Efiopiya)
  • 2-ci vitse-miss – Maya Klayda (Polşa)
  • 3-cü yer – Orelie Joaxim (Martinik)
Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər