12 mart tarixində, mübarək Ramazan ayının 12-ci günündə, imsak (sübh orucu üçün son vaxt) saat 05:31, iftar isə 18:59-da olacaq. Bu vaxtlar Qafqaz Müsəlmanları İdarəsinin elan etdiyi rəsmi təqvimə əsasən müəyyən edilib.
Namaz vaxtları:
- Sübh azanı: 05:36
- Zöhr azanı: 12:50
- İkinci namaz: 16:59
- Məğrib azanı: 18:59
- İşa azanı: 19:59
İmsak vaxtı oxunan dua:
“Allahım! Bu ayda məni günahlardan uzaq saxla. Mənə təvazökarlıq və qənaət hissini bəxş et. Ədalətli olmağı və haqq yolunda olmağı nəsib et. Qorxduğum hər şeydən məni hifz et. Ey pənah verənlərin dayağı olan Allah!”
İftar vaxtı oxunan dua:
“Allahım! Sənin rizan üçün oruc tutdum, Sənə iman gətirdim və yalnız Sənə güvəndim. Sənin mənə nəsib etdiyin ruzini yeyərək iftar açıram. Ey bağışlayan Allah, məni əfv et!”
Allah orucunuzu qəbul etsin!





