Azərbaycanda ümumtəhsil məktəblərində rus bölmələrinin bağlanması məsələsi hazırda gündəmdə deyil.
Daylinews-az.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” adlı tədbirdə çıxışı zamanı danışıb.
Nazir mövcud vəziyyətə aydınlıq gətirərək bildirib ki, rus dili fənni üzrə müəllim çatışmazlığı var. Lakin bu, bölmələrin bağlanması ilə bağlı qərarın verilməsi üçün əsas deyil.
Emin Əmrullayev çıxışında vurğulayıb: “Şagirdin hansı bölmədə oxumasından asılı olmayaraq ana dilini yaxşı bilməsi öncəliyimizdir. Çünki şagird dövlət büdcəsi hesabına təhsil alırsa, ondan Azərbaycan dili biliyini tələb etmək haqqımız da var”.
Beləliklə, təhsil qurumları üçün əsas prioritet şagirdlərin Azərbaycan dilində sərbəst və keyfiyyətli biliklərə sahib olmasıdır.





