EvİdmanƏminə Tağı Avropa çempionu oldu – Ermənistanlı rəqibini məğlub etdi

Əminə Tağı Avropa çempionu oldu – Ermənistanlı rəqibini məğlub etdi

Azərbaycan boksçusu Əminə Tağı Serbiyanın Novi Pazar şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində çempionluq tituluna sahib çıxıb.

50 kq çəki dərəcəsində yarışan təmsilçimiz finalda Ermənistan nümayəndəsi Amest Afrikyanla qarşılaşıb və 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək qızıl medala sahib olub. Bu qələbə ilə Əminə qitə birinciliyində fəxri kürsünün zirvəsinə qalxıb və Azərbaycan himni səsləndirilib.

Digər nəticələr:

Gümüş medal:

  • Cəmilə Muradlı (52 kq)
  • Fidan Bəkərova (63 kq)
  • Səma Abbasova (66 kq)

Bürünc medal:

  • Aylin Nəzərova (46 kq)
  • Gülər Hüseynova (48 kq)
  • Zəhra Məmmədova (54 kq)

Beləliklə, qızlardan ibarət milli komandamız Avropa birinciliyini:

  • 🥇 1 qızıl
  • 🥈 3 gümüş
  • 🥉 3 bürünc medalla tamamlayıb.

Oğlanlardan son vəziyyət:

Səfdər Məmmədzadə (+80 kq) finala yüksəlib. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Finalda rəqibi rusiyalı Boqdan Smolkin olacaq.

Daha öncə aşağıdakı boksçularımız bürünc medal qazanıblar:

  • Qardaş Rəhimov (46 kq)
  • Məhəmməd Rəsulov (50 kq)
  • Raul Heydərli (54 kq)
  • Şahin Aslanlı (60 kq)
  • Haqverdi Həsənov (63 kq)
Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər