EvİqtisadiyyatSaatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin son tarixi açıqlandı

Saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin son tarixi açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin 1 iyun tarixinə qədər saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təklifləri hazırlayaraq aidiyyəti qurumlara təqdim edəcək.

daylinews-az.com xəbər verir ki, bu məsələ “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində yer alıb.

Bundan əlavə, cari ilin 1 iyul tarixinə qədər əmək münasibətlərində ayrı-seçkiliyinseksual qısnamanın yolverilməzliyini təmin etmək məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin də hazırlanması və müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrkommunikasiya tədbirlərinin həyata keçirilməsi üçün 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühitibeynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiqlənib.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər