EvCəmiyyətSabahdan Ramazan ayı başlayır

Sabahdan Ramazan ayı başlayır

Martın 1-dən etibarən Azərbaycanda müqəddəs Ramazan ayı başlayır.

daylinews-az.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) rəsmi saytında bu il Qədr (Əhya) gecələrinin tarixlərini açıqlayıb. Belə ki, bu müqəddəs gecələr martın 18-i, 20-si, 22-si26-sına təsadüf edəcək.

Ramazan Bayramı Təqvimi

Nazirlər Kabinetinin qərarına əsasən, martın 30-u31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.

Əmək Məcəlləsinə görə, 30 martRamazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü olmalı idi. Lakin Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, 28 mart iş günü ilə 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Buna görə də 1 aprel rəsmi olaraq iş günü hesab ediləcək.

Qeyd:

Ramazan ayı boyunca oruc tutan müsəlmanlar sübh azanından şam azanına qədər yemək və içməkdən imtina edir, mənəvi saflaşma və dualar edir. Qədr gecələri isə Qurani-Kərimin nazil olduğu gecələr sayılır və duaların qəbul olduğu ən müqəddəs vaxtlardan hesab edilir.

Sabahdan Ramazan ayı başlayır
Əlaqəli Məqalələr

Populyar Xəbərlər