Bu gün, 16 oktyabr 2024-cü il tarixində Bakı İdman Sarayında “Sabah” Basketbol Klubu (Azərbaycan) ilə Maroussi Basketbol Klubu (Yunanıstan) arasında oyun keçiriləcək.
İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq oyun saat 19:00-da başlayacaq.
Daylinews-az.com xəbər verir ki, bu oyun FIBA Avropa Kubokunun müntəzəm mövsümündə “G” qrupunun 2-ci turu çərçivəsində baş tutacaq. Oyun üçün biletlərin qiyməti 2,5 – 10 manat arasında dəyişir və biletləri “iticket.az” saytından əldə etmək mümkündür.
İctimai Televiziya və Radio Yayımları Şirkəti bilet əldə edə bilməyənlər üçün oyunun İctimai Televiziyanın rəsmi Youtube səhifəsi və televiziyada canlı yayımlanacağını bildirib.
Oyunu izləyəcək hər kəsə xoş seyrlər və idmançılarımıza uğurlar diləyirik!






