Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində bəzi ərazilərdə qısamüddətli zəif yağış ehtimalı var.
- Havanın temperaturu: gecə 8–12° isti, gündüz 15–19° isti
- Atmosfer təzyiqi: 756 mm civə sütunu
- Nisbi rütubət: gecə 70–80%, gündüz 60–65%
Bölgələrdə hava
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağıntı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Bəzi yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi arabir güclənəcək.
- Havanın temperaturu: gecə 8–12° isti, gündüz 20–25° isti
- Dağlarda: gecə 3–8° isti, gündüz 13–18° isti





