Böyük Britaniya kral ailəsinə yaxın mənbələrin RadarOnline nəşrinə verdiyi məlumata görə, Şahzadə Uilyam, ABŞ-da yaşayan kiçik qardaşı Şahzadə Harrilə münasibətləri bərpa etməyə hazırdır, lakin bunun üçün vacib bir şərt irəli sürüb – Harrinin Meqan Markldan boşanması.
Daylinews-az.com xəbər verir ki, şahzadə Uilyam hesab edir: Harri ilə ailə arasındakı uçurumun əsas səbəbi məhz Meqandır. Mənbəyə görə, Uilyam inanır ki, qardaşı hazırkı həyatından narazıdır, lakin Meqan ona “öz düşüncə tərzini aşılayıb” və Harri bunun təsiri altındadır.
“Uilyam Harri ilə bağlı yayılan bütün şayiələrdən xəbərdardır. O, qardaşının necə dəyişdiyini öz gözləri ilə görüb. Onun fikrincə, bu dəyişikliyin başında Markl dayanır və Uilyam onu bağışlamağı düşünmür”, – deyə kral ailəsinə yaxın anonim mənbə bildirir.
Ailə daxilində gərginlik illərdir davam edir
Harri və Meqan 2020-ci ildə kral ailəsindən ayrılaraq ABŞ-a köçüb və bu addım münasibətləri daha da gərginləşdirib. Onların çıxışları və sənədli filmləri kral ailəsində ciddi rezonans doğurmuşdu. Uilyam isə bütün bu baş verənlərə görə Meqanı məsuliyyətli hesab edir və yalnız onunla yollar ayrılacağı təqdirdə, qardaşı ilə münasibətlərin normallaşmasını mümkün görür.





