İyunun 24-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin 4-cü günü yekunlaşıb. Daylinews-az.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Test imtahanlarının nəticələri:
- İmtahanlar 18 şəhər üzrə 39 imtahan mərkəzində keçirilib.
- 5 945 nəfər müəllim imtahanda iştirak edib və 97% davamiyyət qeydə alınıb.
Apellyasiya müraciətləri:
Bu gün, 25 iyun saat 12:00-dan etibarən, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi üzrə apellyasiya müraciətləri qəbul edilməyə başlanacaq.
Müəllimlər portal.edu.az platformasında, “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq müraciətlərini ünvanlaya bilərlər.





