İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümünə həsr olunmuş yürüşlər Bakı, Gəncə, Xankəndi və Laçın şəhərlərinin əsas küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə təşkil olunacaq.
Daylinews-az.com-un məlumatına görə, Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, hərbi qulluqçular iyunun 26-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
Bakı şəhəri üzrə yürüş marşrutları:
- Heydər Əliyev sarayı → Bülbül prospekti → Nizami Kino Mərkəzi → Neftçilər prospekti → Azadlıq meydanı → “AMAY” ticarət mərkəzi
- Şəhidlər Xiyabanı → “Alov Qüllələri” Kompleksi → metronun “İçərişəhər” stansiyası → Qala qapısı → Azərbaycan Dövlət Kukla teatrı → Azneft dairəsi → Bəhram Gur heykəli
- Qəzənfər Musabəyov parkı → Əbdürrəhim bəy Haqverdiyev küçəsi → Hüseyn Cavid prospekti → Hüseyn Cavid parkı → Parlament prospekti → Şəhidlər Xiyabanı
- “Olimpik Star” İdman və Əyləncə Mərkəzi → Səməd Vurğun küçəsi → Zabitlər parkı → Bakı Dövlət Sirki → Heydər Əliyev Sarayı → İmadəddin Nəsimi heykəli → Neftçilər prospekti
- Nəriman Nərimanov heykəli → Mərkəzi Park → Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı → Qış parkı → Heydər Əliyev sarayı → Azərbaycan Respublikasının Mərkəzi Bankı → 28 Mall Ticarət Mərkəzi
Digər şəhərlər üzrə yürüş marşrutları:
- Gəncə: Nizami Gəncəvi küçəsi (Bayraq meydanının qarşısı) → Heydər Əliyev küçəsi → Sabir küçəsi → Atatürk küçəsi
- Xankəndi və Laçın: Şəhərlərin mərkəzi küçə və prospektləri boyunca yürüşlər təşkil olunacaq.
Bu tədbirlər Silahlı Qüvvələrin yaranmasının əlamətdar gününü qeyd etmək məqsədilə keçirilir və vətənpərvərlik ruhunu yüksəltmək üçün böyük əhəmiyyət daşıyır.





