Smartfonun daha uzun müddət işləməsi üçün batareyaya zərər verən vərdişlərdən imtina etmək lazımdır. Bir çox istifadəçi cihazı doldurarkən batareyanın ömrünü azaldan səhvlərə yol verir.
Əsas səhvlər:
- Telefonu gecə boyu şarjda saxlamaq – bəzi modellər doldurmanı idarə edə bilsə də, çoxu bunu bacarmır. Cihaz tam dolduqdan sonra enerji azalır və yenidən yığılır ki, bu da batareyanın ömrünü qısaldır.
- Qeyri-original və ya zədələnmiş kabellərdən istifadə etmək – istehsalçının tövsiyə etdiyi və ya keyfiyyətli alternativlərdən istifadə etmək daha yaxşıdır. Ucuz və keyfiyyətsiz aksesuarlar cihazı zədələyə və batareyanı tez boşalda bilər. Ucları zədələnmiş kabellərdən istifadə isə həm nasazlığa, həm də yanğın riskinə səbəb ola bilər.
- Batareyanı tam boşaltmaq – dərin boşalma batareyaya zərər verir. Adətən 15–20% səviyyəsində şarj etmək tövsiyə olunur.
- Hər dəfə 100%-ə qədər doldurmaq – batareyanın ömrü doldurma dövrləri ilə ölçülür. 0-dan 100%-ə qədər doldurmaq yerinə gün ərzində bir neçə dəfə qismən şarj etmək daha yaxşıdır.
- Telefonu qılıfda şarj etmək – şarj zamanı cihaz isinərək qılıfın içində istiliyi saxlayır. Bu, batareyaya və daxili elektronika işinə mənfi təsir göstərə bilər.





