EvCəmiyyətŞuşa və Ağdamda ilk dəfə qanvermə aksiyaları keçiriləcək

Şuşa və Ağdamda ilk dəfə qanvermə aksiyaları keçiriləcək

İyulun 5-də – Aşura günü münasibətilə ölkə üzrə genişmiqyaslı qanvermə aksiyaları keçiriləcək. Bu təşəbbüs Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Daylinews-az.com xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyinin rəsmi “Instagram” yayımında Respublika Qan Bankının həkimi Günel Əliyeva verib.

Onun sözlərinə görə, aksiyalar Azərbaycanın 30 şəhər və rayonunda, ümumilikdə 38 məntəqədə baş tutacaq. Ən önəmli yenilik isə bu nəcib ənənənin ilk dəfə azad edilmiş ərazilərdə – Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində təşkil olunmasıdır.

Artıq hazırlıqlar yekunlaşmaq üzrədir. Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, həmçinin 15 tibb müəssisəsi yer alır. Bu, bizim üçün tarixi və çox emosional məqamdır. Hər kəsi Aşura günündə bu nəcib missiyaya qoşulmağa və həyat xilas etməyə dəvət edirik”, – deyə G. Əliyeva vurğulayıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər