Azərbaycanda doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili səviyyələrində təhsil alan tələbələrə ödənilən təqaüdlərin məbləği artırılıb. “Daylinews-az.com” saytının President.az portalına istinadən verdiyi xəbərə görə, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, 1 sentyabr 2025-ci ildən etibarən təqaüdlərin yeni məbləğləri aşağıdakı kimi müəyyənləşdirilib:
Doktorantura səviyyəsi üzrə:
- Elmlər doktoru hazırlığı üzrə doktorantlar: 450 manat
- Fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar: 300 manat
Ali təhsil müəssisələrində:
Magistratura səviyyəsi üzrə:
- Akademik göstəriciləri 91-100 bal olan tələbələr: 240 manat
- Akademik göstəriciləri 71-100 bal olan tələbələr: 180 manat
- Akademik göstəriciləri 51-100 bal olan tələbələr: 120 manat
Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:
- Akademik göstəriciləri 91-100 bal olan tələbələr: 200 manat
- Akademik göstəriciləri 71-100 bal olan tələbələr: 160 manat
- Akademik göstəriciləri 51-100 bal olan tələbələr: 110 manat
Orta ixtisas təhsili müəssisələrində:
- Akademik göstəriciləri 91-100 bal olan tələbələr: 110 manat
- Akademik göstəriciləri 71-100 bal olan tələbələr: 90 manat
- Akademik göstəriciləri 51-100 bal olan tələbələr: 70 manat
Peşə təhsili müəssisələrində:
- Akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələr: 110 manat
- Akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələr: 90 manat
- Akademik göstəriciləri “3”-“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələr: 70 manat





