TikTok qlobal platformasında davamlılıq və iqlim maarifləndirilməsini genişləndirmək məqsədilə, Azərbaycanın ev sahibliyi etdiyi COP29 BMT İqlim Dəyişikliyi Konfransı çərçivəsində yeni #ClimateAction kampaniyasına start verib.
TikTok-un fəal icması bu kampaniya vasitəsilə ətraf mühitin qorunması və davamlı yaşayış vərdişlərinin təbliğinə yönəlmiş məzmunlar paylaşmağa davam edir. Platformada #ClimateChange, #ClimateAction və #SustainableLiving heşteqləri altında paylaşımlar artıq yüz minlərlə izləyici toplayıb.
COP29 çərçivəsində TikTok platforması dünyanın müxtəlif ölkələrindən beş iqlim fəalını Bakıya, COP29 Zirvə toplantısına dəvət edib:
- Jeremy Owen Wijaya (@Jerhemynemoo) – İndoneziyalı ekoloji fəal, izləyicilərinə ekoloji həyat tərzi vərdişlərini təbliğ edir.
- Caulin Donaldson (@TrashCaulin) – ABŞ-dan plastik tullantılara qarşı mübarizə aparan və ekoloji məlumatlılığı artıran fəal.
- Selim Tarım (@Selimtarim) – Türkiyədən olan rəssam və fəal, sənət vasitəsilə ətraf mühitin qorunması ilə bağlı maarifləndirmə aparır.
- Mariya Verdes (@verdesmarias) – Braziliyalı jurnalist, davamlı inkişaf mövzusunda məzmunlar paylaşır.
- Tiago Kastaño (@othiagocastanho) – Braziliyalı aşpaz, Amazon mətbəxi və yerli mədəniyyətə əsaslanan məzmun yaradır.
TikTok COP29 ərzində iqlim dəyişikliyinə dair mütəxəssislərlə müzakirələr təşkil edəcək və bu mövzuda məlumatlılığı artırmaq üçün video etiketləri əlavə edəcək. İstifadəçilər COP29 məzmununu axtararkən etibarlı mənbələrə, o cümlədən Azərbaycanın rəsmi COP29 saytına yönləndiriləcək.