Daylinews-Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Zəhra Abbasova haqqında çıxarılan həbs qərarını dəyişdirərək, onu ev həbsi rejiminə keçirdi.
Hal-hazırda sosial şəbəkələrdə əxlaqsızlığın təbliği ilə bağlı cinayət işi üzrə ibtidai istintaq davam edir. Bu iş çərçivəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Z. Abbasova 4 aylıq həbs edilmişdi. Onun saxlanılması hüquq-mühafizə orqanlarının apardığı xüsusi əməliyyat zamanı həyata keçirilmişdi.
Məhkəmə iclasında Zəhra Abbasovaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (şəxsi istifadə miqdarını aşan narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi və ya saxlanılması) üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, TikTok platforması ilə bağlı araşdırma Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılır.





