Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev, Qəbələ Uşaq Reabilitasiya Mərkəzində terapiyadan keçən ukraynalı uşaqları ziyarət edib. Bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.
Səfir bildirib: “Müdafiəçilərimizin ailələrindən olan 30 uşağın terapiyadan keçdiyi Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə baş çəkməkdən şərəf duyuruq. Azərbaycanlı tərəfdaşlarımıza göstərdikləri davamlı dəstəyə görə minnətdarıq. Növbəti qrupu səbirsizliklə gözləyirik!”
Qeyd edək ki, oktyabrın 1-də daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib. Bundan əvvəlki 5 qrupla birlikdə, ümumilikdə 180-dən çox ukraynalı uşaq Azərbaycanda sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.





