Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, həmçinin bu kateqoriyaya daxil olan şəxslər təhsil aldıqları müəssisəni başa vurduqları zaman 2600 manat məbləğində birdəfəlik müavinət alacaqlar.
Daylinews-az.com-un məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsinə dair qərar imzalayıb.
Yeni qərara əsasən, bu uşaqlar və şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrini bitirdikdə, müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına birdəfəlik müavinətlə təmin olunacaqlar.
Bu dəyişiklik “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna edilmiş əlavələr, həmçinin Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 1 aprel tarixli 359 nömrəli Fərmanı əsasında həyata keçiriləcək.





