Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində müxtəlif malların qanunsuz olaraq gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Daylinews-az.com-un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi açıqlama yayıb.
Məlumata əsasən, “İpək yolu” gömrük postunda Türkiyədən Azərbaycana daxil olan nəqliyyat vasitəsinin qoşqusuna baxış keçirilib. Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən çoxsaylı məhsullar aşkar olunub:
- 45 adda 864 qutu, 1398 konvalyut və 473 ədəd dərman vasitəsi,
- 40 adda 357 ədəd kosmetik məhsul,
- ümumilikdə 50 litr həcmində ətir,
- 11 adda 278 ədəd stomatoloji ləvazimat,
- 144 qutu qida əlavəsi.





