EvCəmiyyətYağış, duman və güclü külək - Azərbaycanda faktiki hava

Yağış, duman və güclü külək – Azərbaycanda faktiki hava

13 noyabr saat 10:00-a olan məlumata görə, ölkənin şərq bölgələrində leysan yağışlar müşahidə olunub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Məlumata əsasən, yağıntının miqdarı aşağıdakı kimi olub: Astara – 42 mm, Lənkəran – 29 mm, Beyləqan – 20 mm, İmişli – 12 mm, Qəbələ – 11 mm, Oğuz – 10 mm, Quba – 9 mm, Neftçala – 8 mm, Biləsuvar, Cəfərxan, Kürdəmir, Sabirabad, Zərdab, Şahbuz, Mingəçevir, Qobustan, Naxçıvan, Şərur, Culfa, Ordubad, Şəki, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Bərdə, Yardımlı, Ağdamda – 5 mm-ə qədər, Bakı və Abşeron yarımadasında isə – 1 mm-ə qədər.

Paytaxt və Abşeron yarımadasında şimal küləyi ara-sıra 15 m/s-ə qədər güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğaların hündürlüyü 3 metrə çatıb.

Duman Bakı, Şərur, Şahbuz, Naxçıvan, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay və Lənkəranda müşahidə olunub.

Havanın minimal temperaturu: Bakı və Abşeron yarımadasında 9°C, Naxçıvan MR-də 6°C, düzənlik rayonlarda 9°C, dağlıq rayonlarda 4°C isti, yüksək dağlıq ərazilərdə isə -8°C şaxta olub.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər