Yaponiyada Yasuko Tamaki adlı qadın eyni şirkətdə 65 il ofis meneceri olaraq qalaraq Ginnes Dünya Rekorduna daxil olub. 26 yaşında başladığı karyerasını 91 yaşında tamamlayaraq “eyni vəzifədə ən uzun müddət işləyən” adını qazanıb.
65 illik sadiqlik və gündəlik rutin
1930-cu ildə (15 may) doğulan Tamaki 1956-cı ildə Osakadakı Sunco Industries-də vint istehsalı və ticarəti şirkətində işə başlayıb. 20 nəfərdən 430 nəfərə qədər böyüyən firmada maaş, mükafat, vergi və mühasibat işləri aparıb.
Hər səhər 05:30-da oyanıb 30 dəqiqə yoga, Budist mətnlər oxuyub piyada və ya nəqliyyatla işə gedib 17:30-a qədər işləyib. Həftədə 5 gün, gündə 7,5 saat eyni rejimdə gedib. 67 yaşında kompüter, Excel öyrənib, sosial şəbəkələrdə aktivdir. 40 yaşında bölmə şəfi olmuşdur.
Təqaüdə çıxarkən: “Bu müddət sadəcə üzərimə düşən işi gördüm. Nə deyəcəyimi bilmirəm. Həqiqətən çox duyğulandım” — deyib.
“Başqalarına faydalı olmaq üçün doğulmuşam. İdarə heyətini və həmkarları xoşbəxt etmək məqsədim idi” — əlavə edib. Boş vaxtda kitab oxuyur, xəttatlıq imtahanı verir, kart oyunları oynayır. “Bu gün itirsən, sabah olmayacaq” fəlsəfəsi ilə yaşayır.





