Bu gecə Bakı şəhərinin Yasamal rayonu ərazisində silahlı insident baş verib. Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev güllələnərək xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.
Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini və detallarını araşdırır. Polis əməkdaşları insidenti törətməkdə şübhəli bilinən şəxslərin tapılıb saxlanılması üçün genişmiqyaslı əməliyyat axtarış tədbirləri həyata keçirir.
Məsələ ilə bağlı əlavə məlumatlar daxil olduqca ictimaiyyətə təqdim olunacaq.





