Evİdman125 milyon Virts üçün və iyun ayının digər səs-küylü transferləri

125 milyon Virts üçün və iyun ayının digər səs-küylü transferləri

1xBet Azərbaycan yay aylarının ilk ayında baş tutan ən önəmli klub transferlərindən bəhs edir.

Din Heysen və Trent Aleksandr-Arnold Real-ı gücləndirdi

Transfer pəncərəsinin açılması ilə Madrid təmsilçiləri müdafiədəki problemləri həll etməyə başladılar. Güclənmək üçün onlar Bornmutdan Din Heysenin transferini gerçəkləşdirdilər və bu keçid üçün 62,5 milyon avro ödədilər. İspan müdafiəçi bu məbləği doğrultmağa artıq ilk oyunlardan başladı. Heysen Klublarası Dünya Çempionatının qrup mərhələsində keçirilən hər üç oyunda əsas heyətdə meydana çıxdı, müdafiədə etibarlı oyun sərgilədi və hücumların başlanğıcında da parlaq təsir bağışladı.

Madriddəki klubun daha bir yeni transferi sağ cinah müdafiəçisi Trent Aleksandr-Arnold oldu. Real ulduz ingilisi tamamilə pulsuz transfer edə bilərdi, lakin Liverpul ilə müqaviləsinin başa çatmasını gözləmək istəmədi. Bunun əvəzinə «Blankos» onu Klublararası Dünya Çempionatında oynada bilmək üçün mersisaydlılara 10 milyon avro ödədilər.

Çelsi hücum xəttini Liam Delap və Estevaoyla gücləndirdi.

«Mavi»lər öz hücumçusu Nikolas Ceksona ciddi rəqib gətirdilər – Çelsi 35 milyon avroya İpsviçdən Liam Delapın transferini rəsmiləşdirdi. Ötən İPL mövsümündə Delap 12 qol vurub – bu, Ceksondan iki qol çoxdur. Üstəlik, Liam çempionatın autsayderlərindən birinin heyətində çıxış edirdi.

London klubunun heyətinə 18 yaşlı braziliyalı istedad Estevao da qoşulub. Ötən mövsümdə 11 qolla yadda qalan texnikalı cinah oyunçusu üçün Çelsi 34 milyon avro ödəyib.

Mançester Siti yalnız Ticani Reynderslə kifayətlənməyib

Müasir futbolda yüksək səviyyəli kreativ mərkəz yarımmüdafiəçiləri olduqca nadirdir. Əslində bazarda bu tip oyunçulardan yalnız biri mövcud idi – Milanın yarımmüdafiəçisi Ticani Reynders. Məhz onu da 55 milyon avroya heyətinə cəlb edən klub Mançester Siti oldu.

Niderlandlı futbolçunun transferindən əlavə, «Şəhərlilər» daha iki maraqlı keçid həyata keçiriblər. Gələcək vəd edən hücumameylli yarımmüdafiəçi Rayan Şerki Liondan Mançesterə keçib, sol cinah müdafiəçisi Rayan Ait-Nuri isə Vulverhemptondan komandaya qoşulub. Hər iki transfer Mançester Sitiyə təxminən eyni məbləğə – 37 milyon avroya başa gəlib.

Mateus Kunya Mançester Yunayted-i xilas etməyə çalışacaq

Premyer Liqanın başa çatan mövsümündə «Qırmızı şeytanlar» hücumda ciddi problemlərlə üzləşdilər – cəmi 44 qol vurdular. Daha az məhsuldarlıq göstərənlər isə yalnız liqanı tərk edən üç komanda və Everton oldu.

Mançester Yunayted hücumdakı problemi Mateus Kunyanı transfer etməklə həll etməyə qərar verdi. O, ötən mövsümdə 15 qolla fərqlənmişdi. «Qurdlar»ın lideri üçün mankunianlar 75 milyon avro ödəməli oldular.

Bavariya rəqiblərindən Conatan Tanı ələ aldı

Munhen klubu rəqibini bir daha qabaqlamaq fürsətini əldən vermədi və Conatan Ta ilə razılıq əldə etdi. Müdafiəçinin Bayer ilə müqaviləsi iyunun sonuna qədər qüvvədə olduğu üçün, Bavariya onun Klublararası Dünya Çempionatında iştirak edə bilməsi naminə «Əczaçılar»a 800 min avro ödəməli oldu.u

Əfsanəvi De Brüyne karyerasını Napolidə davam etdirəcək

Mançester Siti tarixinin ən yaxşı futbolçularından biri «Şəhərlilər»lə razılığa gələ bilmədi və azad agent kimi Napoli klubuna keçdi.

«Partenopei» ulduz belçikalıya böyük ümidlər bəsləyirlər. Söz-söhbətə görə, Neapolda Kevinə Dieqo Maradonadan bəri heç kimin geyinmədiyi əfsanəvi 10 nömrəli forma verilməyə hazırdırlar. Əgər zədələr De Brüyne-ni kənardan keçsə, yerli azarkeşlərin ümidlərini doğrultmaq onun üçün tam mümkündür.

 Liverpul: yay transfer dönəminin əsas keçidi və üstəlik Miloş Kerkes ilə Jeremi Frimpong

Liverpul növbəti mövsümdə çempionluq titulunu qoruyub saxlamaq üçün əlindən gələni edir. «Qırmızılar» 125 milyon avro ödəməkdən çəkinməyərək planetin ən perspektivli gənc istedadlarından biri – almaniyalı Florian Virtzi transfer etdilər.

22 yaşlı hücumameyilli yarımmüdafiəçi bir neçə il ərzində «Bayer» klubunun lideri olub və «Əczaçılar»ı Bundesliqa çempionluğuna aparıb. Florian mükəmməl driblinq, dəqiq ötürmələr və məqsədyönlü zərbə qabiliyyəti ilə seçilir. Virtsin oyunu ilə bağlı rəylər, 1xBet rəyləri qədər müsbətdir. 18 illik təcrübəyə malik etibarlı mərc şirkətinin saytını hər gün 3 milyondan çox oyunçu ziyarət edir.

«Qırmızılar» müdafiəni gücləndirmək üçün də ciddi vəsait xərcləyiblər. Bayer-in sağ cinah müdafiəçisi Jeremi Frimpongun transferi onlara 40 milyon avroya başa gəlib, sol cinah müdafiəçisi Miloş Kerkesin transfer dəyəri isə təxminən 47 milyon təşkil edib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər