2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin istehsalı 1 067,54 min tona çataraq 2,1% artım göstərib. Dövlət Statistika Komitəsinin “APA-Economics”ə bildirdiyinə görə, analoji dövrdə Aİ-95 markalı avtomobil benzini istehsalı isə ciddi şəkildə azalaraq 13,8 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövründən 45,02% azdır.
Ümumilikdə, ilin doqquz ayında ölkədə istehsal olunan avtomobil benzini həcmi 1 081,3 min ton olub ki, bu da illik müqayisədə təxminən 1% çoxdur.





