“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2025-ci ilin ilk yarısına dair sərnişindaşıma statistikalarını açıqlayıb. Daylinews-az.com xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində metrodan 111 milyondan çox sərnişin istifadə edib.
Aylıq göstəricilər:
- Ən yüksək sərnişin sayı may ayında qeydə alınıb – 20 milyon 672 min nəfər
Ən çox istifadə olunan stansiya:
- “Koroğlu” stansiyası ilk altı ayda 9 milyon 822 min sərnişinlə TOP-10 siyahısına liderlik edib
“Bakı Metropoliteni”nin yaydığı məlumata əsasən, bu artım sərnişin axınının dinamik şəkildə bərpa olunduğunu və ictimai nəqliyyata olan tələbatın yüksəldiyini göstərir.







