Azərbaycanın əməkdar artisti Mətanət İskəndərli 27 ildən sonra solo konsert verdi. Daylinews-Az.com-un məlumatına görə, “Gəl qayıdaq o illərə” adlı konsert Heydər Əliyev Sarayında Bakıda baş tutdu.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, tanınmış şəxslər iştirak edirdi. İskəndərli özünün ən sevimli hitlərini səsləndirərək tamaşaçılara nostalji bir atmosfer bəxş etdi. Konsert canlı musiqi ilə müşayiət olundu.
Həmçinin, Mətanət İskəndərli müğənni və bəstəkar Fəxri Sücəddinovla duet ifa etdi. Xatırladaq ki, onun son solo konserti 1998-ci ildə baş tutmuşdu.
Mətanət İskəndərlinin prodüseri mətbuatla görüş zamanı hörmətsizlik etdi
Konsert öncəsi Mətanət İskəndərli ilə mətbuat nümayəndələri arasında yaranan xoşagəlməz vəziyyət diqqət çəkdi. Onun prodüseri Asif Kərimov jurnalistlərin müğənniyə ünvanladığı suallara aqressiv cavablar verdi və İskəndərliyə fikir bildirməyə imkan vermədi.
Bir jurnalistin “Nə üçün 27 il ərzində solo konsert vermədiniz?” sualına prodüser sərt şəkildə cavab verdi: “Əsas səbəb mənəm, Asif Kərimov. Təfərrüatları sonra sənə izah edərəm. O, sənə heç nə borclu deyil”. Mətanət İskəndərli prodüserinin davranışına heç bir reaksiya vermədi.






