Sentyabrın 20-də Bakıda və ölkə rayonlarında yağıntılı hava şəraiti müşahidə olunacaq. Daylinews-az.com-un məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, bəzi yerlərdə isə fasilələrlə yağış yağacağı gözlənilir. 19-dan 20-nə keçən gecə və səhər saatlarında leysan xarakterli yağış və şimşək ehtimalı var. Şimal-qərb küləyi güclənəcək.
Paytaxtda gecə temperatur 16-18, gündüz isə 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm-ə qədər yüksələcək, nisbi rütubət isə 70-80% təşkil edəcək.
Bölgələrdə də oxşar hava şəraiti müşahidə ediləcək. Ayrı-ayrı rayonlarda leysan tipli intensiv yağış, şimşək və hətta dolu gözlənilir. Dağlıq ərazilərdə qar ehtimalı var. Arabir duman müşahidə olunacaq, qərb küləyi isə bəzi yerlərdə güclənəcək.
Rayonlarda temperatur gecə 14-17, gündüz 20-25 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 1-5, gündüz 5-9 dərəcə isti proqnozlaşdırılır.





