Bu ilin yanvar-avqust aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik “Azərkosmos” 11,6 milyon ABŞ dolları məbləğində peyk telekommunikasiya xidmətləri ixrac edib. Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayına əsasən verdiyi məlumata görə, 8 ay ərzində peyk xidmətlərini 41 ölkədən təxminən 100 şirkət alıb.
“Azərkosmos”un əsas ixrac bazarları arasında Böyük Britaniya (3,1 milyon dollar), Lüksemburq (2,3 milyon dollar), Nigeriya (569,5 min dollar), Türkiyə (537,9 min dollar) və İsveç (530,4 min dollar) yer alır.
Hesabat dövründə agentliyin ixracdan gəlirinin ümumi gəlirlərdə payı 66% təşkil edib. Yalnız avqust ayında “Azərkosmos” 35 ölkəyə 1,5 milyon dollarlıq peyk telekommunikasiya xidmətləri çatdırıb.





