EvİdmanIII MDB Oyunları: bu gün 7 növdə mübarizəyə start veriləcək

III MDB Oyunları: bu gün 7 növdə mübarizəyə start veriləcək

III MDB Oyunları çərçivəsində bu gün 7 idman növü üzrə yarışlar davam edəcək. Gəncəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, şəhərin İdman Sarayında üzgüçülük yarışları baş tutacaq.

Eyni zamanda, Gəncədə voleybol üzrə təsnifat mərhələsinin oyunları keçiriləcək. Burada Azərbaycanın U-15 qadın millisi Qırğızıstan komandası ilə qarşılaşacaq.

Şəkidə isə A qrupunda mübarizə aparan Azərbaycan çövkən millisi növbəti oyununu Küveytlə keçirəcək.

Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə təsnifat və final mərhələlərinin görüşləri təşkil olunacaq. Burada həmçinin badminton üzrə qarışıq komanda yarışları başlanacaq.

Yevlaxda boks üzrə təsnifat mərhələsinin qarşılaşmaları gözlənilir. Mingəçevirdə isə taekvondo yarışları davam edəcək və növbəti qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də yekunlaşacaq. Turnirdə ümumilikdə 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə iştirak edir. Azərbaycan 340 idmançı ilə təmsil olunur. Digər ölkələrin idmançı sayları aşağıdakı kimidir:

  • Pakistan – 4
  • Rusiya – 262
  • Özbəkistan – 254
  • Belarus – 240
  • Qazaxıstan – 147
  • Tacikistan – 144
  • Qırğızıstan – 126
  • Türkmənistan – 48
  • Türkiyə – 38
  • Kuba – 11
  • Küveyt – 6
  • Oman – 4
Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər